Çinli şirkət Türkiyədə elektromobil akkumulyatoru istehsal edəcək | Banco.az

Çinli şirkət Türkiyədə elektromobil akkumulyatoru istehsal edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin elektromobil markası “Skywell”in istehsalçısı “Skyworth” şirkəti Türkiyəyə sərmayə qoyacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Türkiyənin “Ulu Motor” şirkəti ilə Çinin elektrik avtomobili markalarından “Skywell”in istehsalçısı “Skyworth” şirkəti Türkiyədə “Akkumulyatorların Hazırlanması və İstehsalı” fabrikinin açılması ilə bağlı razılığa gəlib.

Razılaşmaya əsasən, 2024-cü ilin birinci rübündə 800+4C arxitekturasına malik akkumulyator istehsalı fabriki açılacaq.

Qeyd edək ki, hər iki şirkət bu müştərək layihəyə ümumilikdə 25 milyon dollar sərmayə qoyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et