Almaniya "Intel" investisiyası üçün 10 milyard avro xərcləyəcək | Banco.az

Almaniya "Intel" investisiyası üçün 10 milyard avro xərcləyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya hökuməti və “Intel” firması çip fabrikinin inşası üçün 10 milyard avroluq subsidiya barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, dünyanın ən böyük çip istehsalçılarından biri olan ABŞ-ın “Intel” şirkəti İrlandiya və Fransadakı fabrikləri ilə yanaşı, Almaniyada böyük çip fabriki inşa etməyi planlaşdırır.

Mövzuya yaxın mənbələrin məlumatına görə, Almaniya hökuməti və “Intel” şikəti Şərqi Almaniyanın Maqdeburq şəhərində tikiləcək yarımkeçirici istehsal müəssisəsi üçün 10 milyard avro (10,9 milyard dollar) subsidiya haqqında saziş imzalayıb.

Bu barədə Almaniya hökuməti bazar ertəsi elektron poçtla göndərilən bəyanatda bildirib. Qeyd olunub ki, saat 14:45-də Berlində keçiriləcək imzalanma mərasimində Almaniya kansleri Olaf Şolz və Intel şirkətinin baş direktoru Pat Gelsingerin iştirak edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Intel” əvvəlcə 6,8 milyard avroluq dövlət yardımı ilə Maqdeburq şəhərində sözügedən fabrikin inşasına razılıq vermiş, lakin iqtisadi böhran səbəbindən zavodun tikintisinə başlamağı gecikdirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et