"Bank of America" Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı proqnoz verib | Banco.az

"Bank of America" Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Bank of America” Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz qərarı ilə bağlı proqnozunu bölüşüb.

Banco.az xəbər verir ki, “Bank of America” Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) cümə axşamı keçiriləcək iclasında uçot dərəcəsini 25 faizə qaldıracağını gözləyir.

Bankın analitikləri həmçinin aşağı istiqamətli bir sürpriz də istisna etmədiklərini dilə gətiriblər.

Bankın yayımladığı hesabatda qeyd olunur ki, ölkədə tənzimləmə və nəzarətlərin mərhələli şəkildə aradan qaldırılması gözlənilir.

“Nəzarəti aradan qaldıracaq, bir anda böyük bir faiz artımının daha az ehtimal olduğunu düşünürük” - hesabatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et