Müəllif - Aida İsaq, Banco.az
“Silikon Vadisi Bankı”nın iflasından sonra kredit şərtlərindəki dəyişikliklərin maliyyə siyasətinin sərtləşdirilməsi fonunda FED-in faiz artırmları ilə əlaqədardır.
Banco.az xəbər verir ki, bu barədə Norveçdə keçirilən maliyyə sabitliyi konfransında FED İdarə Heyətinin üzvü Kristofer Uoller bildirib. Onun sözlərinə görə, bankların tətbiq etdiyi kredit şərtləri mart ayından etibarən sərtləşsə də, indiyə qədər atılan addımlar vəziyyətdə ciddi dəyişiklik yaratmayıb.
Qeyd edək ki, Kristofer Uollerin fikirləri FED rəsmiləri arasında faiz dərəcəsini bu həftə sabit saxlayan ilk yanaşmadır. Ekspertlər ilin sonuna qədər proqnozlardan daha yüksək faiz artımlarına ehtiyac duyulacağını bildiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!