Ukraynanın Avropanın enerji mərkəzinə çevrilməsi üçün 400 milyard dollar tələb olunur | Banco.az

Ukraynanın Avropanın enerji mərkəzinə çevrilməsi üçün 400 milyard dollar tələb olunur

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna hakimiyyəti ölkəni Avropanın enerji mərkəzinə çevirmək planı hazırlayıb.

Banco.az xəbər verir ki, beləliklə, ölkədə müxtəlif növ enerji istehsalının dəfələrlə artırılması nəzərdə tutulur. Müvafiq layihənin növbəti onilliklər ərzində yəni 2050-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır. Sözügedən məqsədə çatmaq üçün Kiyev Qərb investorlarından 400 milyard dollar cəlb etmək niyyətindədir. Planın Londonda Ukrayna donorlarının konfransında beynəlxalq tərəfdaşlara təqdim edilməsi gündəmdədir. Planda elektrik enerjisi istehsalının 7 dəfə (791 TVt/saata qədər), günəş və külək elektrik stansiyalarının gücünün 30 dəfə, (30 GVt-a qədər), atom elektrik stansiyalarının gücünü iki dəfə artırılması (30 GVt-a qədər), 2035-ci ilə qədər isə kömürlə işləyən istilik elektrik stansiyalarının istismardan çıxarılması qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et