İnkişaf etməkdə olan bazarlardan xalis kapital axını azalacaq | Banco.az

İnkişaf etməkdə olan bazarlardan xalis kapital axını azalacaq

Müəllif - Aida İsaq, Banco.az

ABŞ iqtisadiyyatı inflyasiyanın hədəfə doğru enməsi fonunda bu il tənəzzüldən yan keçə biləcək. 

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) açıqladığı hesabatda bildirilir. Məlumata görə, Argentinanın qırmızı bayraqları qaldırmasına baxmayaraq, ümumilikdə Latın Amerikasının inkişaf etməkdə olan bazarlara kapital axını üçün mərkəz nöqtə olacağı proqnozlaşdırılır. Eyni zamanda inkişaf etməkdə olan bazarlarda 2022-ci ildə 522 milyard dollar olan xalis kapital axınının 2023-cü ildə 173 milyard dollara qədər azalacağı gözlənilir.

IIF həmçinin ABŞ iqtisadiyyatının 2023-cü ildə 1% artacağını və ilin sonunda illik 3,1% inflyasiya ilə inkişaf etməkdə olan ölkələrə ofşor investisiyalar üçün əlverişli zəmin yaradacağını bildirib. 2022-ci ildə 221 milyard dollar olan xalis kapital axınının Çin xaric edildikdə 80 milyard dollara qədər azalacağı proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

IIF-ə görə, 2023-cü ilə qədər Çinə xalis birbaşa xarici investisiyalar son 18 ilin minimum səviyyəsinə çatacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram