Müəllif - Aida İsaq, Banco.az
Yaponiyanın ixracatı may ayında artıb.
Banco.az xəbər verir ki, bu mənfi bazar proqnozlarına əks göstərici olsa da, müvafiq səviyyə son 2 ilin ən zəif artım tempi olub. Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, may ayında ölkənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,6 faiz artıb. Bu, 2021-ci ilin fevralından bəri ən zəif artım kimi qeydə alınıb. İqtisadçılar ixracın 0,8 faiz azalacağını gözləyirdilər. Aprel ayında ixrac 2,6 faiz artıb.
Yaponiyanın ən böyük ticarət tərəfdaşı olan Çinə ixrac 3,4 faiz, bütün Asiyaya isə 8,1 faiz azalıb. ABŞ-a ixrac 9,4 faiz, Avropaya isə 16,6 faiz artıb.
İxracın yavaşlaması xarici tələbatda, xüsusən də yarımkeçiricilərdəki durğunluğun təsiri ilə əlaqələndirilir.
İdxal isə bazarın gözləntilərinə uyğun olaraq azalıb. Azalma nisbəti 9,9 faiz təşkil edib ki, bu da 10,3 faiz gözləntisindən bir qədər müsbət olub.
Beləliklə, ixrac 7 trilyon 293 milyard yen, idxal 8 trilyon 665 milyard yen, xarici ticarət kəsiri isə 1 trilyon 373 milyard yen təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!