Sakinlərin allergiyası Yaponiya iqtisadiyyatına milyardlarla dollara başa gəlib | Banco.az

Sakinlərin allergiyası Yaponiya iqtisadiyyatına milyardlarla dollara başa gəlib

Müəllif - Aida İsaq, Banco.az

Yaponiya iqtisadiyyatı bu ilin yanvar ayından mart ayına qədər əhalinin sidr və iynəyarpaqlı ağacların tozcuqlarına qarşı allergiyası səbəbindən 383,1 milyard yen (2,7 milyard dollardan çox) itirib. 

Banco.az xəbər verir ki, bu barədə “Daiichi Life” sığorta şirkətinin nəzdindəki İqtisadi Araşdırmalar İnstitutu məlumat yayıb. Tədqiqatın müəllifi Toşihiro Naqahama iqtisadi itkilərin Yaponiya sakinlərinin yaz aylarında evlərini daha az tərk etməyə başlaması ilə bağlı olduğunu irəli sürüb. Bu baxımdan iaşə və əyləncə sənayesinin gəlirləri həmçinin nəqliyyat axını azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram