Çinin daşınmaz əmlak sektorundakı zəifliyin illərlə davam edəcəyi gözlənilir | Banco.az

Çinin daşınmaz əmlak sektorundakı zəifliyin illərlə davam edəcəyi gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadçılar xəbərdarlıq edir ki, Çinin daşınmaz əmlak bazarındakı zəiflik gələcək illərdə iqtisadiyyatda büdrəmə yarada bilər.

Banco.az xəbər verir ki, çinli iqtisadçı Lişenq Vanqın başçılıq etdiyi “Goldman Sach” iqtisadçıları bir həftə sonu qeydində məsələ ilə bağlı qiymətləndirmələr ediblər.

“Biz daşınmaz əmlak sənayesində, xüsusən də aşağı səviyyəli şəhərlərdə və özəl developerlərin maliyyələşdirilməsində davamlı zəifliklər görürük və inanırıq ki, onlar üçün tez bir zamanda həll edilməyəcək” - qeyddə deyilir.

“Goldman”ın iqtisadçıları daşınmaz əmlak bazarında “L-şəkilli bərpa”nın gözlənildiyini bildiriblər. Qeyd edək ki, “L-şəkilli bərpa” kəskin enişlərdən sonra yavaş bərpa dərəcəsini təyin etmək üçün işlədilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram