İngiltərə iqtisadiyyatı 0,2 faiz artım göstərib | Banco.az

İngiltərə iqtisadiyyatı 0,2 faiz artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pərakəndə satışlar Böyük Britaniyanın iqtisadi artımına töfhə verib.

Banco.az xəbər verir ki, mart ayında qeydə alınan daralmadan sonra Böyük Britaniya iqtisadiyyatı pərakəndə satış sektorundakı artıma görə aprel ayını bərpa ilə keçirib.

Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, aprel ayında ölkə iqtisadiyyatı 0,2 faiz artım göstərib. Mart ayında isə 0,3 faiz daralma müşahidə edilmişdi.

Xidmət sektoru mart ayında 0,5 faiz daraldıqdan sonra apreldə 0,3 faiz artıb. İstehsal sektoru isə 0,3 faiz azalıb.

Digər tərəfdən, iqtisadiyyat ötən 3 ay ərzində də 0,1 faiz artıb.

Qeyd edək ki, ilin ikinci rübünün müsbət başlaması tənəzzül riskini bir müddət sovuşdurub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram