"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində 4 nəfərə avadanlıq təqdim edib | Banco.az

"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində 4 nəfərə avadanlıq təqdim edib

Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən 4 nəfərə “Qadın gözəllik salon” zərfi üzrə avadanlıq verilib. Avadanlıqlar Sumqayıt, Salyan, Tovuz və Ağcabədidə yaşayan vətəndaşlara təqdim edilib.

Qeyd edək ki, Unibank 4 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarının öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təminatında iştirak edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına dəstək olmaqdır.

Unibank- Sənin Bankın!

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et