Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreyada may ayı ərzində işsizlik rekord həddə qədər geriləyib.
Banco.az xəbər verir ki, Cənubi Koreyada işsizlik nisbəti ötən ay 2,5 faizlə rekord aşağı səviyyəyə düşüb ki, bu da axırın dəfə 2022-ci ilin avqustunda müşahidə olunub.
Belə ki, may ayında ölkədə işsizlərin sayı illik müqayisədə 11,5 faiz azalaraq 787 min nəfər olub.
Hökumət məlumatları göstərir ki, sözügedən dövrdə məşğul əhalinin sayı illik 1,2 faiz artaraq 28,84 milyon nəfərə çatıb.
May ayında məşğulluğun əhaliyə nisbəti isə illik 0,5 faiz bəndi artaraq 63,5 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!