“Fitch” Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib | Banco.az

“Fitch” Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kredit reytinqi agentliyi “Fitch” Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch”in hesabatına görə, Türkiyədə prezident seçkilərindən sonra hökumətin iqtisadiyyatda siyasət dəyişikliyinə işarə etməsinə baxmayaraq, qanunvericilərin qarşısında tənzimləyici tədbirləri geri götürmək kimi mürəkkəb problemlərin olduğu, bu səbəbdən də hər hansı siyasət dəyişikliyinin təsirini başa düşmək üçün vaxt tələb edildiyi müəyyən olub.

Hesabatda vurğulanıb ki, mərkəzi bankın uçot dərəcəsi qanunvericilərin lirə və ehtiyatlara olan təzyiqləri azaltmaq və inflyasiya ilə mübarizə aparmaq üçün istifadə etdikləri alətə çevrilə bilər.

Həmçinin bildirilib ki, türk lirəsinin dollara nisbətdə 16 faizlik sonuncu dəyər itkisi beynəlxalq ehtiyatlara təzyiqi azalda bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram