Bu il Azərbaycanın neft ixracı 10 milyon tonu ötüb | Banco.az

Bu il Azərbaycanın neft ixracı 10 milyon tonu ötüb

Yanvar-may aylarında respublikada 600 milyon kubmetr artımla qaz hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, 5 ay ərzində Azərbaycanda 20,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 11,1 milyard kubmetri “Şahdəniz”dən, 3,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 0,6 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 10,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxdur. Cari ilin yanvar-may aylarında Avropaya 4,8 milyard kubmetr, Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 2,4 milyard kubmetr qaz nəql olunub.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram