Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə pərakəndə satışlar üzrə artım müşahidə olunub.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) Pərakəndə Satış İndeksləri, 2023-cü ilin aprel ayı məlumatlarını açıqlayıb.
Buradan bəlli olub ki, aprel ayı ərzində aylıq pərakəndə satışlar əvvəlki ilin eyni ayına görə 27,6, faiz, əvvəlki aya görə isə 0,9 faiz artım göstərib.
Sabit qiymətlərlə pərakəndə satış həcmi də sözügedən dövrdə əvvəlki ilin eyni ayı ilə müqayisədə 27,5 faiz artıb.
Aprel ayında qida, içki və tütün satışı 21,2 faiz, qeyri-ərzaq satışları (avtomobil yanacağı istisna olmaqla) 34,9 faiz, avtomobil yanacağı satışı isə 12,5 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!