Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır.
Bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov Bakıda keçirilən “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib.
Onun sözlərinə görə, bu qanun çərçivəsində fərdi məlumatların mühafizəsi üzrə müasir standartlar tətbiq olunacaq.
"Texnologiyaların və kiberhücumların sürətli artımı ilə əlaqədar olaraq, vətəndaşlarımızın müdafiəsi üzrə yeni qanun layihəsinin qəbulunun sürətləndirilməsi zərurəti yaranıb. Bu səbəbdən müvafiq strukturlar tərəfindən dəyişikliklər hazırlanıb. Hazırda qanun layihəsi razılaşdırma mərhələsindədir", - deyə S.Rəsulov əlavə edib.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!