İngiltərənin əmək bazarında gözlənilməz daralma müşahidə olunur | Banco.az

İngiltərənin əmək bazarında gözlənilməz daralma müşahidə olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında İngiltərənin əmək bazarı gözlənilmədən daralıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin bu gün açıqladığı göstəricilərə görə, ölkədə işsizlik səviyyəsi aprel ayına qədər olan üç ay ərzində 3,8% təşkil edib. Ekspertlərin proqnozu 4 faizi işarə edirdi.

Bonuslar istisna olmaqla, orta qazanc artımı isə pandemiya dövrünü nəzərə almazsaq, indiyə qədərki ən yüksək səviyyəyə çatıb.

Bu xəbərdən sonra funt-sterlinq bahalaşıb və treyderlərin fikrincə, İngiltərə Mərkəzi Bankı (BOE) faiz dərəcələrini artırmağa davam edəcək. Belə ki, onlar mərkəzi bankın faiz dərəcələrini bundan sonra ən azı 120 baza bəndi artıraraq uçot dərəcəsini 2024-cü ilin fevralına qədər 5.7%-dən yuxarı çıxaracağını düşünürlər. Qeyd edək ki, bu ötən ilin oktyabr ayından bəri nəzərdə tutualn ən yüksək göstəricidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et