"Nasdaq" 10,5 milyard dollara fintek şirkəti satın alıb | Banco.az

"Nasdaq" 10,5 milyard dollara fintek şirkəti satın alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nasdaq” şirkəti “Adenza” fintek şirkətini 10,5 milyard dollara satın alıb.

Banco.az xəbər verir ki, ABŞ-da üç birjanın sahibi olan “Nasdaq” şirkəti dünən maliyyə xidmətləri bazarı üçün risklərin idarə edilməsi və müvafiq tənzimləyici proqram təminatı hazırlayan “Adenza” adlı fintek şirkətini satın almaq üçün 10,5 milyard dollar ödədiyini elan edib.

Toma Bravoya məxsus fintek startapı olan “Adenza”nın London və Nyu-Yorkda iki baş ofisi var. Şirkət banklara, sığorta şirkətlərinə, broker qurumlarına və oxşar maliyyə xidmətləri şirkətlərinə məlumatların idarə olunmasından hesabata qədər hər şeyi əhatə edən müfəssəl platforma ilə xidmət göstərir.

Qeyd edək ki, ABŞ-da üç və Avropada yeddi birja ilə təmsil olunan “Nasdaq” şirkəti sözügedən satınalmadan sonra tənzimləmə texnologiyası, uyğunluq və risklərin idarə edilməsi sahəsində "maliyyə institutlarına hərtərəfli dəstək" vermək üçün daha yaxşı mövqe tutacağını söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et