Aİ Latın Amerikası ilə əlaqələri gücləndirmək üçün addım atıb | Banco.az

Aİ Latın Amerikası ilə əlaqələri gücləndirmək üçün addım atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ursula fon der Leyen bu həftə Braziliya, Argentina, Çili və Meksikada liderlər səviyyəsində müxtəlif görüşlər keçirəcək.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Latın Amerikası ölkələri ilə siyasi və ticari əlaqələri inkişaf etdirmək üçün bölgəyə bir sıra rəsmi səfərlər edəcəyini açıqlayıb.

Səfər çərçivəsində fon der Leyenin Argentina, Braziliya, Paraqvay və Uruqvayın üzv olduğu Cənubi Ümumi Bazar (MERCOSUR) ilə Aİ arasındakı ticarət sazişi üzrə yekun vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Aİ və MERCOSUR 2000-ci ildə azad ticarət sazişi üzrə danışıqlara başlayıb. Tərəflər 20 illik danışıqlar prosesindən sonra 2019-cu ildə konsensus əldə etdiklərini açıqlayıblar. Buna baxmayaraq, imzalanma və ratifikasiya prosesi başa çatmadığından saziş qüvvəyə minə bilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et