Türkiyə iqtisadiyyatı 11 ilin ən yüksək illik cari kəsiri ilə üzləşib | Banco.az

Türkiyə iqtisadiyyatı 11 ilin ən yüksək illik cari kəsiri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatı aprel ayında 5,4 milyard dollarlıq cari kəsirlə üzləşib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) aprel ayında ölkənin aylıq cari hesab kəsirinin 5,40 milyard dollar olduğunu açıqlayıb.

Bununla da, Türkiyə iqtisadiyyatı 18 ay ardıcıl olaraq aylıq cari kəsirlə üzləşib.

“Bloomberg” nəşrinin  sorğusunda iştirak edən iqtisadçıların proqnozları cari hesab kəsirinin 4,38 milyard dollar səviyyəsində olacağı istiqamətində idi.

Qeyd edək ki, sözügedən dövrdə cari hesabın illik kəsiri isə 57,8 milyard dollara yüksəlib ki, bu da ötən 11 ilin ən yüksək göstəricisidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et