Müəllif: Tamara Mustafayeva, Banco.az
Milyarder iş adamı Corc Soros şirkətini oğluna təhvil vermək qərarına gəlib.
Banco.az xəbər verir ki, məşhur macar əsilli milyarder iş adamı Corc Soros 25 milyard dollarlıq sərvətini oğluna təhvil verəcək.
“Wall Street Journal” qəzetinə müsahibə verən Soros sahib olduğu şirkətlərin idarəçiliyini oğluna təhvil verəcəyini açıqlayıb. Bununla da, Sorosun şirkətlərinə 37 yaşlı oğlu Aleksandr rəhbərlik edəcək.
Qeyd edək ki, 92 yaşlı Sorosun ikinci nikahından olan Aleksandr 1985-ci ildə anadan olub.
Xatırladaq ki, Corc Soros daha əvvəlki açıqlamalarında şirkətlərini heç bir övladına buraxmaq niyyətində olmadığını bildirmişdi.
Hazırda Corc Soros 6,7 milyard dollarlıq şəxsi sərvəti ilə “Forbes”in milyarderlər siyahısında 356-cı yerdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!