“Microsoft” Çindəki mühəndislik təlimi mərkəzini bağlamağa hazırlaşır | Banco.az

“Microsoft” Çindəki mühəndislik təlimi mərkəzini bağlamağa hazırlaşır

Müəllif - Aida İsaq, Banco.az

“Microsoft” onlarla ən yaxşı süni intellekt tədqiqatçısını Çindən Kanadaya köçürərək Çində mühəndislik təlimi mərkəzini bağlamağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Məlumata görə, Pekində yerləşən “Microsoft Research Asia” (MSRA) şirkəti ən yaxşı mütəxəssislər üçün Kanada vizalarının verilməsinə başlayıb. Onlar korporasiyanın Vankuverdəki tədqiqat institutuna köçürüləcək. İlkin mərhələdə məqsəd “Microsoft Research Asia”nın 20-40 işçisini yeni laboratoriyaya köçürməkdir. 

Qeyd olunur ki, ən yaxşı mütəxəssislərin Çində fəaliyyət göstərməsi əməkdaşların itiirlməsi və digər önəmli məsələlər fonunda riskli hesab olunaraq müvafiq addım atılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et