Orta aylıq əməkhaqqı 11 faiz artım göstərib | Banco.az

Orta aylıq əməkhaqqı 11 faiz artım göstərib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nəzərən 10,8 faiz artaraq 913,9 manata çatıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı digər sahələrə görə daha yüksək olub.

Bu il 1 may tarixinə olan statistikaya əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrünə nisbətdə 32,9 min nəfər, yaxud 1,9 faiz artaraq 1734,2 min nəfər təşkil edib. Onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833,1 min nəfəri isə qeyri-dövlət sektorunda çalışanlardır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et