Ölkədə illik inflyasiya 13 faizə düşüb | Banco.az

Ölkədə illik inflyasiya 13 faizə düşüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 113,1 % təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, yanvar-aprel aylarının yekununda bu göstərici 13,5% olmuşdu.

Statistika Komitəsinin məlumatına görə, ölkədə istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,8%, qeyri-ərzaq məhsulları üzrə 111,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6% təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6 %, ötən ilin aprelayına nisbətən isə 111,5% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et