Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 22%-dən çox artıb | Banco.az

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 22%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 milyard 527,581 milyon manat təşkil edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 625,175 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə - 22,4 % artaraq 1 milyard 802,573 milyon manat, aksizlər üzrə - 48,8 % artaraq 79,541 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 13 % azalaraq 20,291 milyon manat olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et