Müəllif - Aida İsaq, Banco.az
Misirdə illik istehlak qiymətləri inflyasiyası may ayında əvvəlki ayla müqayisədə 2,1% artaraq 32,7%-ə çatıb.
Banco.az xəbər verir ki, müvafiq səviyyə ekspertlərin proqnozlarını üstələyərək tarixi maksimum göstəriciyə çatmağa yaxınlaşıb. Xatırladaq ki, Misir funtunun 2022-ci ilin martında başlayan bir sıra devalvasiyaları fonunda inflyasiya kəskin şəkildə artıb.
Qeyd olunur ki, vəziyyəti xarici valyutanın uzun müddətlik kəsiri və idxal əməliyyatlarının ləngiməsi daha da gərginləşdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!