Türkiyədə işsizlik nisbəti artıb | Banco.az

Türkiyədə işsizlik nisbəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə aprel ayında işsizlik nisbəti artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, aprel ayında işsizlik nisbəti 0,1 faiz bəndi artaraq 10,2 faizə çatıb.

Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğunun nəticələrinə görə, 2023-cü ilin aprel ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki aya nəzərən 74 min nəfər artaraq 3 milyon 585 min nəfərə çatıb.

İşsizlik nisbəti isə 0,1 faiz bəndi artaraq 10,2 faiz hesablanıb. İşsizlik nisbəti kişilər üçün 8,1 faiz ikən, qadınlar üçün 14,3 faiz qeyd edilib.

Sözügedən dövrdə məşğul əhalinin sayı isə əvvəlki aya görə 521 min nəfər artaraq 31 milyon 610 min nəfər, məşğulluq nisbəti də 0,8 bənd artaraq 48,4 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et