Ukrayna bir milyon hektardan çox kənd təsərrüfatı sahəsindən məhrum olub | Banco.az

Ukrayna bir milyon hektardan çox kənd təsərrüfatı sahəsindən məhrum olub

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna Kaxovskaya su elektrik stansiyasının dağıdılması nəticəsində bir milyon hektardan çox kənd təsərrüfatı sahəsindən məhrum olub.

Banco.az xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Vitali Qolovnya bildirib. Onun sözlərinə görə, yaxın 3-5 il ərzində Dnepropetrovsk, Zaporojye, Xerson vilayətlərində bir yarım milyon hektar kənd təsərrüfatı sahəsindən istifadə etmək mümkün olmayacaq. O, bildirib ki, ölkədə ildə 1,2 milyon tona yaxın taxıl və texniki bitkilər, 500 min tona yaxın tərəvəz, 250 min tonadək giləmeyvə yetişdirilib. Onun hesablamalarına görə, ölkəyə ildə 1,5 milyard dollara iki milyon tondan az məhsul daxil olacaq.

Eyni zamanda, nazir müavini ukraynalıların bu il kənd təsərrüfatı məhsulları üzrə qıtlıq hiss etməyəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et