"The North Face" bu ölkədə mağazalarını bağlayır | Banco.az

"The North Face" bu ölkədə mağazalarını bağlayır

Müəllif - Aida İsaq, Banco.az

“Vans” və “The North Face” brendlərinin sahibi olan Amerika şirkəti “VF Corporation” Rusiyadakı mağazalarını bağlamaq qərarına gəlib. 

Banco.az xəbər verir ki, ABŞ-ın geyim və ayaqqabı istehsalçısı 2020-ci ildə “A3 Retail Group” françayzilərindən öz brendlərinin markalı mağazalarını satın alaraq Rusiya bazarına daxil olub. “Vans” brendinin Moskva və Sankt-Peterburqda 12 mağazası fəaliyyət göstərirdi. Lakin 2022-ci ilin martında “VF” korporasiyası pərakəndə və topdansatışı dayandırdı.

İndi şirkət Rusiya bölməsini topdansatış çatdırılmalarına yönləndirir. Ekspertlərin sözlərinə görə, bu addım, digər ölkələrdə boykotdan qaçmaqla yanaşı, bazarda qalmağa və qazanc əldə etməyə kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram