Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyanın müxtəlif ölkələrində mərkəzi banklara qadınlar rəhbərlik edir. Bəs onlar hansılardır?
Banco.az xəbər verir ki, 180-dən çox ölkənin mərkəzi banklarının rəhbərləri ilə bağlı aparılan araşdırmaya görə, 2013-cü ildə qadınların rəhbərlik etdiyi mərkəzi bankların sayı 21 idisə, 2023-cü ildə bu rəqəm 22-yə çatıb.
Bu gün Türkiyədə Hafize Qaye Erkanın Türkiyə Respublikası Mərkəzi Bankına sədr təyin edilməsindən sonra isə bu rəqəm 23-ə yüksəlib.
Gəlin sözügedən qadınların bəzilərini tanıyaq.
Kristin Laqard 2019-cu ildən Avropa Mərkəzi Bankının (ECB) prezidentidir.
Jorgovanka Tabakovic 2012-ci ilin avqustundan Serbiya Mərkəzi Bankının prezidenti, Janette Semeleer isə 2008-ci ildən Aruba Mərkəzi Bankının prezidentidir.
Sindi Skotland 2002-ci ildən Kayman Adaları Maliyyə Təşkilatının sədri, Rosanna Kosta 2022-ci ildən Çili Mərkəzi Bankının sədri, Malanqu Kabedi-Mbuyi 2021-ci ildən Konqo Demokratik Respublikası Mərkəzi Bankının sədri, Rebekka Patrisiya Santos Rivera 2022-ci ildən Honduras Mərkəzi Bankının sədri, Anita Angelovska Bejoska 2018-ci ildən Makedoniya Respublikası Mərkəzi Bankının sədri, Nor Shamsiah Mohd Yunus isə 2018-ci ildən Malayziya Mərkəzi Bankının sədridir.
Bizi sosial şəbəkələrdən izləyin!!