Müəllif - Aida İsaq, Banco.az
“Google” şirkəti ofisə gəlməyən əməkdaşlara nəzarəti gücləndirmək qərarına gəlib.
Banco.az xəbər verir ki, məlumata görə, korporasiya hibrid iş siyasətini yeniləyib. Yeni qaydalar ofislərə gediş-gəlişin izlənilməsini, habelə ofisə getməli olduqları günləri qaçıran işçilər üçün məcburi tədbirləri özündə ehtiva edir. Həmçinin, artıq əməkdaşların qiymətləndirilməsi meyarlarına davamiyyət də daxil ediləcək. Şirkət işçilərin əksəriyyətinin həftədə ən azı üç gün ofisdə olmasını gözləyir.
“Google”un insan resursları bölməsinin rəhbəri Fiona Cicconi iyunun 7-də işçilərə e-poçt göndərərək, ofisdə keçirilən günlərin sayını iki dəfə artırmağın vacibliyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!