ABŞ və İngiltərə iqtisadi sahədə yeni tərəfdaşlığa başlayır | Banco.az

ABŞ və İngiltərə iqtisadi sahədə yeni tərəfdaşlığa başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Böyük Britaniya iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün yeni tərəfdaşlıq barədə razılıq əldə ediblər.

Banco.az xəbər verir ki, Ağ Ev ABŞ və Böyük Britaniya arasındakı əməkdaşlığın mövcud çətinliklərə uyğunlaşdırılması, gücləndirilməsi və yenidən formalaşdırılması məqsədilə 21-ci əsrdə ABŞ-Böyük Britaniya İqtisadi Tərəfdaşlığı üçün çərçivə təmin edən Atlantika Bəyannaməsini elan edib.

Rəsmi bəyanatda ABŞ və Böyük Britaniya arasındakı əməkdaşlığın hər zamankindən daha vacib olduğu vurğulanaraq buna nail olmaq üçün dəyişikliklərlə ayaqlaşmağın və ittifaqın onlara uyğunlaşdırılmasının tələb edildiyi qeyd olunub.

Atlantika Bəyannaməsi və onu müşayiət edən Fəaliyyət Planının iqtisadi, texnoloji və ticarət əlaqələrinin bütün spektri üzrə yeni innovativ tərəfdaşlığın əsasını qoyduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram