“Muğan Bank”a iki yeni səhmdar qoşulub | Banco.az

“Muğan Bank”a iki yeni səhmdar qoşulub

"Muğan Bank" ASC-yə 2 yeni səhmdar qoşulub.

Onlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları olan Samir və Munir Vəliyevlərdir.

Vəliyevlərin hər biri Bankda 40% pay əldə edib.

Əvəzində digər səhmdarların payı isə azalıb. Belə ki, "Muğan Bank"ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74 %-dən 0,78 %-ə, Fəridə Mehdiyevanın payı 21,61 %-dən 10,89 %-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65 %-dən 8,33 %-ə düşüb.

Bununla da, Vəliyevlərin Bankdakı payı 10,65 %-dən 88,33 %-ə, Mehdiyevlərin payı isə 89,35 %-dən 11,67 %-ə dəyişib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et