Ölkəmizin aparıcı kredit təşkilatlarından olan "PARA" BOKT 2022-ci il üzrə audit hesabatını açıqlayıb.
Banco.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə "PARA" BOKT-un faiz gəlirləri 6 milyon 109 min manat, faiz xərcləri isə 1 milyon 159 min manat olub. Kredit təşkilatının xalis faiz gəlirləri ötən il ərzində 4 milyon 950 min manat təşkil edib.
Təşkilatın ötən ilin sonuna 24 milyon 648 min cəmi aktivlərə, 29 milyon 266 min manat isə nizamnamə kapitalına malik olmuşdur.
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 5 milyon 231 min manat olmuşdur.
2022-ci ildə "PARA" BOKT işçi heyətinə 347 min manat, inzibati xərclərə isə 1 milyon 57 min manat xərcləyib.
Qeyd edək ki, 1991-2016-cı illərdə fəaliyyət göstərən "Parabank"-ın hüquqi varisi olan "PARA" BOKT adı ilə 2016-cı ildən etibarən "bank olmayan kredit təşkilatı" (BOKT) kimi fəaliyyət göstərir. Təşkilata İdarə Heyətinin Sədri Elnur Quliyev rəhbərlik edir.