Çinin böyük dövlət bankları depozit faizlərini aşağı salıb | Banco.az

Çinin böyük dövlət bankları depozit faizlərini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çindəki böyük dövlət bankları depozit faizlərini aşağı salıb.

Banco.az xəbər verir ki, Çinin ən böyük banklarından bəziləri hökumətin dünyanın ikinci ən böyük iqtisadiyyatında artımı sürətləndirmək üçün etdiyi yardım çağırışına cavab olaraq bir sıra depozit məhsulları üzrə faiz dərəcələrini aşağı salıb.

Bununla da, Çin Sənaye və Kommersiya Bankı (ICBC), Çin Kənd Təsərrüfatı Bankı, Çin Bankı və Çin İnşaat Bankı 3 və 5 illik depozit faiz dərəcələrini 15 baza bəndi, müddətsiz depozitlər üçün illik faiz dərəcələrini isə 5 baza bəndi azaldıblar.

Qeyd edək ki, cümə axşamı qüvvəyə minən dəyişikliklər iki illik depozit faizlərini də 10 baza bəndi azaldacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çinin iqtisadi bərpası aprel ayında sürətini itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et