Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın istehlak kreditləri aprel ayında proqnozları üstələyib.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) aprel ayı üzrə istehlak kreditləri məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, ölkədə istehlak kreditləri aprel ayı ərzində əvvəlki ayla müqayisədə 23 milyard dollar artaraq 4,86 trilyon dollara çatıb.
İqtisadçılar bu dövrdə istehlak kreditlərinin 22 milyard dollar artım göstərəcəyini düşünürdülər.
Qeyd edək ki, aprel ayında illik əsasda isə istehlak kreditləri 5,7 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!