Kanada Mərkəzi Bankı yenidən faiz artımına başlayıb | Banco.az

Kanada Mərkəzi Bankı yenidən faiz artımına başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı sürpriz faiz artımı edib.

Banco.az xəbər verir ki, Kanada Bankı (mərkəzi bank) fasilə verdiyi faiz artımına geri qayıdıb. Ölkədə uçot dərəcəsi ötən 22 ilin maksimumuna çatıb.

Kanada Bankının (BoC) Qubernatoru Tiff Maklın başçılıq etdiyi siyasətçilər qrupu uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,75 faizə çatdırıblar. Bu, 2001-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.

İqtisadçılar isə faiz artımı olacağını düşünmürdülər.

Qeyd edək ki, faiz artımına səbəb kimi güclü artım və inflyasiyanın yüksəlməsi göstərilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et