İngiltərədə mənzillərin qiyməti 11 ildə ilk dəfə ucuzlaşıb | Banco.az

İngiltərədə mənzillərin qiyməti 11 ildə ilk dəfə ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada mənzil qiymətləri 11 ildə ilk dəfə ucuzlaşıb.

Banco.az xəbər verir ki, İngiltərənin mənzil kredit təşkilatı “Halifax” tərəfindən edilən açıqlamada ölkədə mənzil qiymətlərinin bu ilin may ayında aylıq əsasda dəyişməz qalsa da, illik 1 faiz azaldığı bildirilib.

Lyods Bankçılıq Qrupunun tabeliyində fəaliyyət göstərən “Halifax”ın açıqlamasında orta hesabla bir mənzilin qiymətinin 286 min 582 funt-sterlinq olduğu bildirilib və qiymətlərin illik 2012-ci ilin dekabrından bəri ilk dəfə ucuzlaşdığı vurğulanıb.

Qeyd edək ki, İngiltərədə mart ayında 10,1 faiz olan illik inflyasiya apreldə gözləniləndən daha az geriləyərək 8,7 faizə düşmüşdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram