Avropa Mərkəzi Bankı sərtləşdirilmiş pul siyasətini davam etdirəcək | Banco.az

Avropa Mərkəzi Bankı sərtləşdirilmiş pul siyasətini davam etdirəcək

Müəllif - Aida İsaq, Banco.az

Avropa Mərkəzi Bankı sərtləşdirilmiş pul siyasətini, o cümlədən əsas faiz dərəcəsini artırmağa davam edəcək. Buna səbəb isə regionda davam edən güclü qiymət təzyiqi və yüksək inflyasiyadır.

Banco.az xəbər verir ki, bunu bankın prezidenti Kristin Laqard bildirib. Məlumata görə, AMB-nin növbəti iclası gələn həftə keçiriləcək. Regionda məzənnənin gələcəyi əsas müzakirə mövzularından biri olacaq.

Qeyd edək ki, daha öncə Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva Avropa ölkələrini ortamüddətli perspektivdə zəif iqtisadi artım və yüksək ərzaq inflyasiyasının gözlədiyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et