Dünya Bankı Türkiyə üçün artım proqnozunu yüksəldib | Banco.az

Dünya Bankı Türkiyə üçün artım proqnozunu yüksəldib

Müəllif - Aida İsaq, Banco.az

Dünya Bankı cari ildə Türkiyə üçün artım gözləntilərini 2,7%-dən 3,2%-ə yüksəldib.

Banco.az xəbər verir ki, Dünya Bankının iyun ayında dərc etdiyi  “Dünya iqtisadiyyatının perspektivləri” hesabatına görə, 2024-cü il üçün artım gözləntiləri 4,0%-dən 4,3%-ə yüksəlib. Tənzimləyici qurum 2025-ci il üçün artım gözləntisini 4,1% olaraq müəyyənləşdirib.

Bununla yanaşı, hesabatda yüksək inflyasiya fonunda makroiqtisadi siyasətin inkişafı qeyri-müəyyən olaraq qiymətləndirilib. 

Qeyd edək ki, fevralın əvvəlində Türkiyədə baş verən zəlzələlərin birbaşa itkisini 2021-ci ilin ÜDM-nin 4 faizi kimi qiymətləndirən Dünya Bankı bərpa və yenidənqurma xərclərinin iki dəfə yüksək ola biləcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et