Qlobal iqtisadiyyat riskli vəziyyətdədir | Banco.az

Qlobal iqtisadiyyat riskli vəziyyətdədir

Müəllif - Aida İsaq, Banco.az

Qlobal miqyasda artım indeksləri kəskin şəkildə yavaşlayıb. Eyni zamanda faiz dərəcələrinin yüksək olması inkişaf etməkdə olan ölkələrdə iqtisadi gərginlik riskini gücləndirib.

Banco.az xəbər verir ki, bu barədə Dünya Bankının bu gün açıqladığı  “Dünya iqtisadiyyatının perspektivləri” hesabatında bildirilir. Qlobal artımın 2022-ci ildəki 3,1%-dən 2023-cü ildə 2,1%-ə düşəcəyini proqnozlaşdıran tənzimləyici qurum, Çin istisna olmaqla, digər inkişaf etməkdə olan ölkələrdəki artımın keçən ilki 4,1%-dən bu il 2,9%-ə qədər yavaşlayacağını açıqlayıb.

Hesabatda 2022-ci ildə 2,6% olan inkişaf etmiş iqtisadiyyatlarda artımın bu il 0,7%-ə qədər yavaşlayacağı, 2024-cü ildə isə artımın zəif qalacağı proqnozlaşdırılıb. ABŞ iqtisadiyyatında 2023-cü ildə 1,1 % səviyyəsində olan böyümənin 0,8 faizə qədər yavaşlayacağını proqnozlaşdıran Dünya Bankı buna səbəb kimi son 1 ildə faiz dərəcələrinin kəskin şəkildə artırıldığını göstərib. Bununla yanaşı, bu il Avrozonada artımın 0,4 faizə qədər yavaşlaması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et