"Shell" üç ölkənin enerji bazarını tərk edir | Banco.az

"Shell" üç ölkənin enerji bazarını tərk edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Shell” İngiltərə, Almaniya və Hollandiyadakı enerji ticarətindən çəkilmək qərarına gəldiyini açıqlayıb.

Banco.az xəbər verir ki, İngiltərənin neft və qaz nəhəngi “Shell” bu barədə rəsmi bəyanat verib.

Bəyanatda qeyd edilir ki, şirkət bu ildən etibarən enerji ticarətinin əsas mərkəzləri olan Böyük Britaniya, Almaniya və Hollandiyadakı fəaliyyətlərinin strateji qiymətləndirilməsini başa çatdırıb və sözügedən ölkələrin enerji bazarını tərk edəcək.

Satış prosesinə başlayan şirkətin potensial alıcı ilə danışıqlar apardığı və yaxın aylarda razılığın əldə olunmasının gözlənildiyi bildirilib.

Xatırladaq ki, “Shell”in Böyük Britaniyada 2 min işçisi var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram