Daha bir ölkə dörd günlük iş həftəsini sınaqdan keçirəcək | Banco.az

Daha bir ölkə dörd günlük iş həftəsini sınaqdan keçirəcək

Müəllif - Aida İsaq, Banco.az

Portuqaliya iyunun 5-dən etibarən dörd günlük iş həftəsinin sınaqdan keçirilməsinə başlayıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Əmək, sosial təminat və həmrəylik naziri Ana Mendes Qodinyo bildirib. Nazirliyin məlumatına görə, ümumilikdə 350 min avroya başa gələcək bu proqramın büdcəsi 100-ə yaxın şirkətin təcrübəyə qoşulması ilə Məşğulluq və Peşə Təhsili İnstitutu tərəfindən qarşılanacaq. 

Sınaq xarakterli proqramda iştirak edən şirkətlər həftədə 4 gün iş təcrübəsindən öncəki zamanlarda və tətbiqindən sonrakı zaman ərzində şirkətin məhsuldarlığı, xərcləri, işçilərin rifahı kimi məsələlərlə bağlı məlumatların yer aldığı hesabatlar hazırlayacaqlar.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Belçika xüsusilə Avropada Kovid-19 epidemiyasından sonra gündəmə gələn 4 günlük iş təcrübəsinə başlayan ilk ölkələrdən biri olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et