Müəllif - Aida İsaq, Banco.az
Ukraynada keçirilən xüsusi əməliyyat bir sıra ölkələrdə əhalinin həyat şəraitinə və iqtisadiyyatına təsir edib.
Banco.az xəbər verir ki, bu fonda Avropanı zəif iqtisadi artım və yüksək ərzaq inflyasiyası gözləyir. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib. Onun sözlərinə görə, ötən ilin sonundan azalma müşahidə olunsa da, 2024-cü ilə qədər inflyasiya hədəfdən xeyli yuxarı qalacaq. Kovid-19 pandemiyası, yaşayış xərcləri böhranı, sürətlənən iqlim dəyişikliyi və xüsusən də Rusiyanın Ukraynadakı hərbi əməliyyatları regiona ciddi zərbə vurub.
Fond nümayəndəsi hazırda regionun ilk növbədə həll edilməli olan bir sıra əsas problemlərlə üz-üzə olduğunu qeyd edib. Hansı ki, buraya inflyasiyanın azaldılması, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və hazırkı parçalanmış dünyanın imkanlarından istifadə edilməsi zərurəti daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!