Avrozonada illik pərakəndə satış həcmi 2,6 faiz azalıb | Banco.az

Avrozonada illik pərakəndə satış həcmi 2,6 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada aprel ayı üzrə pərakəndə satışlar dəyişməz qalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) aprel ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın pərakəndə satış məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, aprel ayı ərzində Avrozonada pərakəndə satış həcmi mart ayı ilə müqayisədə dəyişməz qalsa da,  əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalıb.

Aİ-də isə pərakəndə satışlar sözügedən dövrdə aylıq 0,1 artsa da, illik 2,9 faiz azalıb.

Qeyd edək ki, Aİ ölkələri arasında pərakəndə satışlarda əvvəlki aya nəzərən ən yüksək azalma 5,8 faizlə Slovakiyada, 3,7 faizlə Rumıniyada və 2,4 faizlə Sloveniyada müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram