Almaniyanın ixracı gözlənilmədən artım göstərib | Banco.az

Almaniyanın ixracı gözlənilmədən artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın aprel ayı ərzində ixracat göstəriciləri gözlənilmədən artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika Təşkilatının (Destatis) məlumatlarına görə, ölkədə mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ixracat aprel ayında 2,5 faiz azalma proqnozlaşdırılmasına baxmayaraq 1,2 faiz artaraq təxminən 130,4 milyard avroya çatıb. 

İdxal isə 1,7 faiz azalaraq 112 milyard avroya düşüb.

Avropanın ən böyük iqtisadiyyatında ixracat 2022-ci ilin aprel ayı ilə müqayisədə 1,5 faiz artarkən, idxal isə 10,3 faiz azalıb. Bununla da, Almaniyanın mövsümi və təqvim təsirlərindən kənarlaşdırılmış xarici ticarət kəsiri təxminən 18,4 milyard avro təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, Almaniyanın aprel ayında ixracatının 71,4 milyard avrosu Avropa İttifaqı (Aİ) ölkələrinə həayata keçirilib ki, idxalın isə 59,1 milyard avrosu Aİ-dən gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et