Müəllif - Aida İsaq, Banco.az
Vyetnam və Avstraliya birgə ticarət həcmini 20 milyard dollara çatdırmaq üçün səylərini birləşdimək qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə Vyetnamın baş naziri Fam Minh Çin və onun avstraliyalı həmkarı Entoni Albanese Hanoyda keçirilən danışıqlar zamanı məlumat verib. Məlumata görə, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ilin yekunu ilə müqayisədə 27% artaraq 15,7 milyard dollara çatıb. Bu səbəbdən ikitərəfli əməkdaşlıq Vyetnam-Avstraliya münasibətləri üçün olduqca əhəmiyyət daşıyır.
Görüşün yekunu üzrə ölkələr nəqliyyat, maliyyə, bank işi və elektron ticarət sahələrində iqtisadi əməkdaşlığı gücləndirmək həmçinin, qarşılıqlı investisiyaların artırılması üzrə sahibkarlar üçün əlverişli şərait yaradılması barədə razılığa gəliblər.
Bizi sosial şəbəkələrdən izləyin!!