“Xiaomi” bu tarixdə ən bahalı smartfonunu təqdim edəcək | Banco.az

“Xiaomi” bu tarixdə ən bahalı smartfonunu təqdim edəcək

Müəllif - Aida İsaq, Banco.az

İyun ayının 7-də “Xiaomi 13 Ultra” modeli qlobal bazara təqdim olunacaq. 

Banco.az xəbər verir ki, məlumata görə, smartfon şirkət tarixində ən yüksək qiymətə sahib olacaq. Beləliklə, Avropada “Xiaomi 13 Ultra”nın 1,3 və ya 1,5 min avro qiymətinə təklif ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Xiaomi 13 Ultra” şirkətin “Leica” mühəndisləri ilə birgə yaradılmış dörd 50 meqapiksellik kamera sisteminə malik flaqman modelidir. Smartfon həmçinin Snapdragon 8 Gen 2 çipsetinə, 6,73 düymlük 2K AMOLED ekrana sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et