Türkiyədə inflyasiya 40%-ə qədər aşağı düşüb | Banco.az

Türkiyədə inflyasiya 40%-ə qədər aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə inflyasiya 2021-ci ilin minimumuna geriləyib.

Banco.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın keçən ay ev təsərrüfatları üçün təbii qazın pulsuz verilməsi ilə bağlı seçkiqabağı vədini yerinə yetirməsindən sonra Türkiyədə inflyasiya 2021-ci ildən bəri qeydə alınan ən yavaş həddə düşüb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) bazar ertəsi dərc etdiyi məlumatlara görə, may ayında ölkədə istehlak qiymətləri əvvəlki illə müqayisədə 39,6% artıb ki, bu da həm proqnozlaşdırılan rəqəmdən, həm də ötən ayın 43,7 faizlik göstəricisindən aşağıdır.

Qeyd edək ki, aylıq inflyasiya isə ötən 4 il ərzində ilk dəfə olaraq sıfıra yaxın nəticə göstərərək 0,4 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram