Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın ən böyük banklarından biri olan “Bank of America” 2023-cü ilin ikinci yarısı üçün ölkədə yüngül səviyyədə tənəzzül olacağını proqnozlaşdırıb.
Banco.az xəbər verir ki, bu barədə bankın baş direktoru Brayan Moynihan bildirib. Onun sözlərinə görə, 2022-ci ilin sonunda cari ildə tənəzzülün başlanacağı gözlənilirdi. Daha sonra bir qədər geri çəkilən proqnoz cari ilin üçüncü və dördüncü rübünü eləcə də gələn ilin birinci rübünü əhatələyəcək mülayim tənəzzülü ehtiva edir. İşsizlik səviyyəsinin 4 faizə yüksələcəyi bildirilir.
Bank rəhbərinin sözlərinə görə, Federal Ehtiyatlar Sistemi (FED) bazarı müəyyən qədər stabil səviyyəyə çatdıra bilib. Buna baxmayaraq bank rəhbəri gələcək inflyasiya səviyyəsi və maliyyə sisteminin qarşılaşacağı problemlərlə bağlı fikir söyləməyin çətin olduğunu qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!